Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Candar qəsəbəsində bir iş adamının lüks avtomobilini yandırmağa cəhd edilib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr gecə saatlarında baş verib.
Məlumata əsasən, evin həyətində saxlanılan "Lexus" markalı avtomobili naməlum şəxs yandırmağa cəhd edib, lakin ev sahibləri və hadisə yerinə çağrılan yanğınsöndürənlər avtomobildə yenicə başlayan yanğını söndürüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Əlavə təfərrüatlar hələlik məlum deyil.
Müvafiq məsələ ilə bağlı Aktual.ge xəbər portalı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.