"İmedi" telekanalının sifarişi ilə "Qorbi" araşdırma şirkəti 26 oktyabr parlament seçkiləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib.
Aktual.ge xəbər verir ki, ictimai rəy sorğusunda respondentlərə "Bu həftə parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz?" sualı ünvanlanıb.
Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti - 59,5 faiz - "Gürcü Arzusu"na səs verəcəyini bildirib və partiya liderlik edir.
Partiyaların reytinqləri aşağıdakı kimidir:
● "Gürcü Arzusu - Demokratik Gürcüstan" - 59,5%
● "Milli Hərəkat, Quruculuq Strategiyası, Avropalı Gürcüstan" ittifaqı - 13,6%
● "Dəyişiklik Naminə Koalisiya: Qvaramia, Melia, Qirçi, Droa" - 10,3%
● "Lelo", "Vətəndaşlar üçün Aleko Elisaşvili", "Azadlıq Meydanı" koalisiyası - 4,5%
● "Qaxaria - Gürcüstan üçün" - 3,8%
● "Leyborist Partiyası" - 5%
● "Girçi (İago Xviçia)" - 3,8%
● "Vətənpərvərlər Alyansı" / "Alt Info" - 2,5%
● Digər partiyalar - 3,1%
Tədqiqat sentyabrın 18-30 tarixlərində 18 yaşdan yuxarı, səsvermə hüququna malik 1 700 nəfərlə təsadüfi seçim əsasında üzbəüz sorğu yolu ilə aparılıb. Sorğunun statistik səhv payı +/- 3% təşkil edir.