Marneulidə daha bir dəhşət: İş adamının evinə qumbara atılıb, sonra avtomobili yandırılmaq istəndi
09.10.2024 11:25
2651
Kriminal
A
Marneulidə daha bir dəhşət: İş adamının evinə qumbara atılıb, sonra avtomobili yandırılmaq istəndi

Marneuli Bələdiyyəsinin Candar qəsəbəsində bir iş adamının lüks avtomobilini yandırmaq cəhdi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Aktual.ge xəbər portalının əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr gecə saatlarında iranlı iş adamı Pedro Nadirinin evində baş verib.

Marneulidə gözəllik salonu biznesi ilə məşğul olan İran vətəndaşı, Aktual.ge-yə açıqlamasında bildirib ki, "Oğru dünyası" ilə əlaqəli şəxslər ondan 100 min dollar tələb ediblər.

O, əlavə olaraq deyib ki, 3 gün əvvəl evinə əl qumbarası atılıb, lakin partlamayıb.

"Kim olduqlarını bilmirəm, mənə xaricdən zəng etdilər, bir neçə ad çəkdilər, tanımıram. Məndən 100 min dollar istədilər. Bu məbləği ödəmədim. Üç gün əvvəl evimizə əl qumbarası atdılar, xoşbəxtlikdən partlamadı. 8 oktyabr gecəsi isə həyətdəki avtomobilimizi yandırmağa cəhd etdilər. Bütün məlumatları polisə vermişik, təhlükəsizlik kameralarını da polis götürüb və araşdırma aparır" , – deyə Pedro Nadiri bildirib.

Məlumat üçün bildirək ki, son bir ay ərzində bu, artıq üçüncü belə hadisədir: iş adamlarının evlərinə əl qumbarası atılır, avtomobilləri yandırılır və onlara təhdid, hədə-qorxu gəlirlər.

ŞƏRH YAZ
20