"Qətnamədə Gürcüstana Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqi tələbi iyrəncdir. Qalmaqallıdır ki, bu qətnamə Avropa İttifaqının Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək tələbinin açıq şəkildə ifadə olunduğu ilk rəsmi ictimai sənəddir".
Aktual.ge xəbər verir ki, bunları Parlamentin sədri Şalva Papuaşvili “Gürcü Arzusu”nun mərkəzi qərargahında keçirilən brifinqdə söyləyib.
"Bu qətnamə Gürcüstanın əhalisinə, Gürcüstan hakimiyyətinin bu müddət ərzində hansı təzyiq altında olduğunu açıq şəkildə göstərdi.
Məhz bu, və bəzi digər addımlar, son iki il yarım ərzində bəzilərinin bizimlə bağlı tələb etdiyi şeylərdir. Cəmiyyət bilməlidir ki, hamı, o cümlədən bu qətnamənin müəllifləri, yaxşı anlayır ki, Gürcüstanın Rusiyaya ikitərəfli sanksiyalar tətbiq etməsi Rusiyaya heç bir ziyan vurmayacaq. Əksinə, əgər bizim hakimiyyət bu və digər oxşar tələblərə uysaydı, Rusiya deyil, məhz bizim ölkəmizi və xalqımızı mütləq iqtisadi çöküşə sürükləyərdik və böyük ehtimalla hərbi qarşıdurma riski ilə üz-üzə gələrdik.
Avropa İttifaqı və NATO-nun təhlükəsizlik kölgəsi altında olan ölkələrin nümayəndələrinin bu rezolyusiya ilə, nə Avropa İttifaqı, nə də NATO-nun kölgəsi altında olmayan Gürcüstandan Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsini tələb etməsi, əslində, bu insanların, qətnamədə çox tez-tez dilə gətirdikləri gürcü xalqının taleyi ilə nə qədər maraqlandığını yaxşı göstərir" , - deyə Şalva Papuaşvili vurğulayıb.