Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı” qanunu ilə bağlı vəsatəti rədd edib
09.10.2024 14:22
971
Siyasət
A
Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı” qanunu ilə bağlı vəsatəti rədd edib

Gürcüstan Konstitusiya Məhkəməsi "Xarici Təsirin Şəffaflığı haqqında" qanunun dayandırılması tələbinə rədd cavabı verib.

Aktual.ge xəbər verir ki, Konstitusiya Məhkəməsi eyni zamanda iddiaların nəzərdən keçirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili və bir sıra insan haqları təşkilatları, eləcə də parlamentin müxalifətçi deputatları Gürcüstan parlamentinə qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıblar.

İddiaçılar hesab edirlər ki, qanunun qəbulu Gürcüstan Konstitusiyasının əsas prinsiplərinə ziddir və Gürcüstanın Avropa İttifaqına daxil olmasına mane olur, bununla da Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi pozur.

ŞƏRH YAZ
20