Seçkilərdən sonra Marneulidə ictimai nəqliyyatın qiyməti bahalaşacaq - EXCLUSİVE
30.10.2020 11:58
555
Siyasət
A
Seçkilərdən sonra Marneulidə ictimai nəqliyyatın qiyməti bahalaşacaq - EXCLUSİVE
Marneulidə 3 saylı ictimai nəqliyyatda gediş haqqı qiyməti bahalaşacaq. Bu barədə Aktual.ge xəbər portalına etibarlı mənbədən məlumat daxil olub. Adının açıqlanmasını istəməyən mənbə deyib ki, Marneuli meriyası tərəfindən yeni alınmış və istifadəyə verilmiş avtobuslarda gediş haqqı qiyməti artacaq. "Marneuli meriyasının istifadəyə verdiyi yeni avtobuslarda qiymət təqribən 10 tetri artaraq, gediş haqqı 40 tetri olacaq. Mövcud 30 tetri olan gediş haqqı qiyməti sərf etmir. Bu barədə planlaşdırırdılar, ancaq seçki ərəfəsi olduğu üçün diqqətdən yayındı. Böyük ehtimalla seçkilərdən sonra gediş haqqı qiyməti 10 tetri artacaq",-deyə mənbə ifadə edib. Məsələ ilə əlaqədar Marneuli merinin müavini Laşa Lobcanidze ilə əlaqə saxladıq. "Hazırda belə bir məsələnin müzakirəsi planlaşdırılmır",-deyə Marneuli merinin müavini L.Lobcanidze bildirib.
ŞƏRH YAZ
5