6 nəfərin ölümünə səbəb olan Türkiyə vətəndaşı gözaltına alındı
30.10.2020 12:08
687
Siyasət
A
6 nəfərin ölümünə səbəb olan Türkiyə vətəndaşı gözaltına alındı
Qori şəhəri yaxınlığında baş verən yol qəzası ilə əlaqədar olaraq, Şida Kartli Baş İdarəsinin əməkdaşları, 1958-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı M.S. gözaltına alıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. “İstintaq 30 oktyabr 2020-ci il tarixində, Tbilisi-Senaki-Leselidze yolunun 77-ci kilometrliyində, Qori yaxınlığında baş vermiş qəza zamanı Türkiyəyə məxsus dövlət seriya nişanlı, "Daf" markalı yük maşınının sərnişin mikroavtobusu ilə toqquşduğunu müəyyənləşdirib. Yol qəzası nəticəsində mikroavtobusun beş sərnişini yerindəcə həyatını itirib, on bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı ağır yaralanan altıncı sərnişin daha sonra müalicə aldığı tibb müəssisəsində ölüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsinə əsasən aparılır ”,- deyə məlumatda qeyd olunub. Bildirilib ki, cinayət ən çox 6 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutur.
ŞƏRH YAZ
6