Əgər sizə də bu bildiriş gəlibsə, inanmayın – DİN-dən XƏBƏRDARLIQ
14.10.2024 00:40
2100
Maraqlı
A
Əgər sizə də bu bildiriş gəlibsə, inanmayın – DİN-dən XƏBƏRDARLIQ

Son günlərdə vətəndaşların mail ünvanlarına guya Daxili İşlər Nazirliyi tərəfindən onlara bildirişlər göndərilir.

Aktual.ge xəbər verir ki, DİN bu barədə açıqlama verib və vətəndaşları bu cür uydurma məlumatlara aldanmamağa çağırıb.

Nazirlik vətəndaşlara xəbərdarlıq edib ki, belə məlumatlara inanmasınlar.

"Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə çoxsaylı müraciətlər daxil olub, vətəndaşlar nazirliyin adından naməlum məzmunlu mesajlar aldıqlarını bildiriblər.

Vətəndaşları məlumatlandırmaq üçün bildiririk ki, Daxili İşlər Nazirliyi tərəfindən heç bir xəbərdarlıq göndərilməyib və vətəndaşlara yalnış məlumatlara uymamağı tövsiyə edirik.

Həmçinin, qeyd edirik ki, bu hadisə Nazirliyin müvafiq xidməti tərəfindən araşdırılacaq," - deyə açıqlamada qeyd olunub.

ŞƏRH YAZ
5