
Kateqoriyalar
Tbilisidə qəza nəticəsində yük maşınının sürücüsü dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, yük maşını ağaca çırpılıb. Hadisə səhər saatlarında Ədliyyə Nazirliyinin yaxınlığında baş verib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır, bu isə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.