DİN-dən Marneulidəki qorxunc hadisə ilə bağlı AÇIQLAMA
22.10.2024 19:50
1284
Kriminal
A
DİN-dən Marneulidəki qorxunc hadisə ilə bağlı AÇIQLAMA

Marneuli Bələdiyyəsinin Baydar kəndində iş adamının evinin gülləbaran edilməsi və əl qumbarasının atılması ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Aktual.ge xəbər verir ki, DİN-in bəyanatına əsasən, faktla bağlı araşdırmalara başlanılıb.

Qurumun məlumatında bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

"Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 187-ci və 236-cı maddələri üzrə istintaq başlanıb," – deyə açıqlamada qeyd olunub.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 187-ci maddəsi "Başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi," 236-cı maddəsi isə "Atıcı silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, istehsalı və ya satılması" ilə bağlıdır.

Xatırladaq ki, 22 oktyabr gecə saatlarında Marneuli Bələdiyyəsinin Baydar kəndində bir iş adamının evinə odlu silahla atəş açılıb, daha sonra əl qumbarası atılıb. Hadisənin təfərrüatları hələlik bəlli deyil.

ŞƏRH YAZ
11