Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2001-ci ildə anadan olmuş S.A. və 2006-cı il təvəllüdlü İ.X.-nı böyük miqdarda pul tələb etməkdə qrup şəklində köməklik etmə faktına görə saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, cinayəti törədən şəxsləri 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir
"Bu ilin 22 oktyabrında, Marneuli bələdiyyəsinin bir kəndində yaşayan vətəndaşın həyətinə pul tələb etmək məqsədilə, qorxutma yolu ilə əl qumbarası atılıb.
İstintaq nəticəsində məlum olub ki, sözügedən hadisədən əvvəl zərərçəkənə xaricdə yaşayan şəxslər əlaqə saxlayaraq, həyatını itirmək və əmlakın məhv edilməsi ilə hədələməklə böyük miqdarda pul ödəməsini tələb ediblər.
İstintaq nəticəsində müəyyən edilib ki, xaricdə olan şəxslərə tələb etmədə köməklik edən S.A. və İ.X. hazırda ittiham olunan şəxslərdir.
İş üzrə istintaq hərəkətləri davam edir.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 25-181-ci, 236-cı və 187-ci maddələri ilə aparılır" , - Qurumun məlumatında qeyd olunub.
Marneuli Bələdiyyəsinin Baydar kəndində 22 oktyabr gecə gec saatlarında iş adamı Vidadi Ömərovun evi naməlum şəxslər tərəfindən gülləbaran edilib, ardından isə əl bombası atılıb.