Kateqoriyalar
25-26 oktyabr tarixlərində Qərbi Gürcüstanda yağış, bəzən güclü, ölkənin dağlıq rayonlarında isə bəzən qar yağması gözlənilir.
Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
"Gözlənilən yağıntılar Qərbi Gürcüstandakı çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda su selinə, dağ və yüksək dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - qeyd olunan məlumatda bildirilib ki, təhlükə səviyyəsi ortadadır.