25.10.2024 00:45
841
İqtisadiyyat
A
"Coca-Cola"nın Baş direktoru: "Bütün Avropa ölkələri bizə bildirdilər ki, tərəfdaşlıq münasibətləri pozulur"

"Avropanın bütün ölkələri bizə bildirdi ki, Gürcüstanla tərəfdaşlıq əlaqələri kəsilib. Artıq biz elə bir prosesdəyik ki, bu əlaqələrin bərpasını təsəvvür belə edə bilmirəm".

Aktual.ge xəbər verir ki, bunu "Coca-Cola Bottlers Georgia" Baş direktoru, iş adamı Temur Çxonia deyib.

İş dünyasının qarşısında duran problemlər və gələcək hökumətin mövcud problemləri həll etmək üçün nə etməli olduğu barədə suallara cavab olaraq, iş adamı bildirib ki, hazırda bu məsələlər ikinci dərəcəlidir, çünki ölkə öz gələcəyini seçir.

Temur Çxonianın fikrincə, ən yaxşı həll yolu koalision hökumət olacaq, çünki başqa bir halda Avropa ilə tərəfdaşlıq əlaqələrinin bərpası çətin görünür.

"Qərbin təklifi ondan ibarətdir ki, biz Avropaya inteqrasiya olaq və həmin ölkələrin sahib olduğu standartlara uyğunlaşaq. Əgər bu standartlara riayət olunsa və onlara qəbul edilməz olan mövzular təklif edilməsə, Avropa bazarı təkcə açıq deyil, həm də bizimlə biznes əlaqələri qurmağa məcbur olacaq. Bu, tərəfdaşlıq öhdəliyidir.

Əgər biz təcrid olunmuş vəziyyətə düşsək, bu, o demək deyil ki, Avropa bizim düşmənimizə çevriləcək, sadəcə, deyəcəklər ki, əgər bizimlə əlaqə qurmaq istəmirsinizsə, yolunuz açıq olsun. Ola bilər ki, ticarət də davam etsin, nə məhsul ixrac etdiyinizdən, tələbdən və standartlardan asılı olaraq, mədəni əlaqələr də davam edə bilər, amma Avropa İttifaqında bizə böyük imkanlar verəcək əsas mövzular bağlanacaq. Bu sadə məntiqdir: əgər bizimlə əlaqə qurmaq istəmirsinizsə, yaxşı yol, amma bu o demək deyil ki, onlar bizim düşmənimiz olacaqlar. Sadəcə, bizə diqqət yetirməyəcəklər. Həyatda olduğu kimi, ətrafımızda bizi maraqlandırmayan insanlar olur, amma onları düşmənə çevirmirik, sadəcə onlarla ünsiyyəti dayandırırıq və bundan artıq heç nə.

Əgər gələcək koalision hökumət Prezident Salome Zurabişvilinin hazırladığı çərçivə proqramına əməl etsə, qarşımızda böyük perspektivlər açılacaq. Bizim və Avropanın tərəfdaşlığı çox ləyaqətli olacaq. Həm biz, həm də Avropa çox şey qazanacaq.

Hazırda biz elə bir reallıqla üz-üzəyik ki, əgər bu baş verməsə, təcrid daha da güclənəcək. Avropanın bütün ölkələri bizə bildirdi ki, Gürcüstanla tərəfdaşlıq əlaqələri kəsilib. Artıq biz elə bir prosesdəyik ki, bu əlaqələrin bərpasını təsəvvür belə edə bilmirəm" , – deyə Temur Çxonia BPN-ə müsahibəsində qeyd edib.

2024-cü il 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri keçiriləcək.

ŞƏRH YAZ
2