Kateqoriyalar
25 oktyabrda keçirilən Gürcüstan Milli Bankının valyuta hərracında Milli Bank 40 milyon ABŞ dolları satıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Bank yayıb.
Məlumata görə, orta çəkili məzənnə kursu 2.7199 olub.
Qeyd edək ki, Milli Bank 23 oktyabrda kurs dalğalanmalarını azaltmaq məqsədilə valyuta hərracında 60 milyon ABŞ dolları satmışdı.