Azad Kərimovun sağlamlıq vəziyyəti necədir?
26.10.2024 18:11
938
Sağlamlıq
A
Azad Kərimovun sağlamlıq vəziyyəti necədir?

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki 74 saylı seçki məntəqəsində günün birinci yarısında baş verən fiziki qarşıdurma nəticəsində xəsarətlər alan "Vahid Milli Hərəkat"ın Marneuli qərargah rəhbəri Azad Kərimovun səhhəti stabildir.

Aktual.ge xəbər portalına Marneuli "Aversi" klinikasından bildirilib ki, Azad Kərimovun vəziyyəti təhlükəli deyil.

"Bəzi xəsarətlər alıb, səhətti stabildir, həyatı üçün təhlükə yoxdur" , - klinikanın meneceri Manana Kapanadze bildirib.

Məlumat üçün bildirək ki, bu gün günün birinci yarısında Marneulinin Qızılhacılı kəndindəki 74 saylı seçki məntəqəsində "Gürcü Arzusu"nun tərəfdarları ilə "Vahid Milli Hərəkat"ın tərəfdarları arasında fiziki qarşıdurma baş verib.

ŞƏRH YAZ
6