Şarl Mişel: Aİ-Gürcüstan münasibətlərinin gələcəyi noyabr sammitində müəyyən olunacaq
28.10.2024 00:47
481
Dünya
A
Şarl Mişel: Aİ-Gürcüstan münasibətlərinin gələcəyi noyabr sammitində müəyyən olunacaq

Aİ liderləri noyabrın 8-də keçiriləcək qeyri-rəsmi sammitdə Gürcüstanla münasibətlərdə növbəti addımları müəyyən edəcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X hesabında bildirib.

“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstanı Aİ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi sammitinin gündəliyinə daxil etmək niyyətindəyəm. Aİ-nin noyabr sammiti vəziyyəti dəyərləndirəcək və Gürcüstanla münasibətlərimizdə növbəti addımları müəyyən edəcək”, - Mişel vurğulayıb.

ŞƏRH YAZ
6