
Kateqoriyalar
ATƏT/ODİHR-in hesabatları Fransanın Gürcüstanda baş verən hadisələrlə bağlı narahatlığını təsdiq edir.
Aktual.ge xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Naziri Jan-Noel Barro sosial şəbəkələrdə yazıb və Gürcüstan rəsmilərindən pozuntularla bağlı səmərəli istintaq tələb edib.
"ATƏT/ODİHR-in hesabatları bir müddət əvvəl parlament seçkiləri keçirilmiş Gürcüstanda baş verən hadisələrlə bağlı Fransanın narahatlığını təsdiq edir.
Biz gözləyirik ki, rəsmi şəxslər pozuntularla bağlı məlumatları araşdırsınlar. Əsas hüquqlara və siyasi plüralizmə hörmət edilməlidir ki, Gürcüstan Avropa İttifaqına doğru yoluna qayıtsın" , - deyə Fransa XİN rəhbəri qeyd edib.