
Kateqoriyalar
"Çexiya Gürcüstanda parlament seçkiləri zamanı qeydə alınmış pozuntulardan narahatdır".
Aktual.ge xəbər verir ki, Çexiyanın Xarici İşlər Nazirliyi Gürcüstanda keçirilmiş parlament seçkilərinə belə münasibət bildirib.
Qurumun məlumatına görə, ölkədəki vəziyyəti diqqətlə izləyirlər və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırlar.
"Çexiya Gürcüstanda parlament seçkiləri zamanı qeydə alınmış pozuntulardan narahatdır. Ölkədəki vəziyyəti diqqətlə izləyirik və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq. Gürcüstan hakimiyyəti demokratik dəyərlərə hörmət etməli və Gürcüstanın Avropaya inteqrasiyasına təhlükə yaradan addımları dəyişməlidir" , - deyə bəyanatda qeyd olunub.