
İsveç hökuməti Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırır.
Aktual.ge xəbər verir ki, bu barədə İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlığı və Xarici Ticarət naziri Benyamin Dousa bildirib.
Onun sözlərinə görə, "Gürcüstanda baş verən hadisələr uzun zamandır narahatedicidir".
"Şənbə günü keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilərin qeydə aldığı qanun pozuntuları bunu təsdiqləyir. Ölkənin vətəndaş cəmiyyətinin öz demokratik rolunu yerinə yetirməsinə mane olmaq cəhdləri, xüsusilə məhdudlaşdırıcı qanunvericiliklə, Avropa İttifaqının normaları və dəyərlərinə ziddir. Buna görə də hökumət İsveç-Gürcüstan hökuməti arasında davam edən birbaşa əməkdaşlığı, o cümlədən Gürcüstanın vergi orqanları ilə olan əməkdaşlığı dayandırır" , – deyə Benyamin Dousa bildirib.
Onun sözlərinə görə, Gürcüstanın yenidən Avropa İttifaqına yaxınlaşması halında, münasibətlər bərpa oluna bilər.
"Sweden Herald"a istinadən, İsveçin Gürcüstana yardımı ildə 200 milyon kron təşkil edir. Bu il isə 25 milyon kron ölkənin vətəndaş cəmiyyəti üçün ayrılıb.