"Gürcüstanda misli görünməmiş şəffaf seçkilərin keçirilməsindən artıq dörd gün keçir. Buna baxmayaraq, fərziyyələr dayanmır".
Aktual.ge xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.
“Bu artıq neçənci haldır ki, müxalifət agentliyi və onların əlaltıları ölkədə seçkilərin saxtalaşdırıldığını açıq şəkildə manipulyasiya etməyə və xalqı aldatmağa çalışırlar. Nə qədər təkmilləşsək də, elektron seçkiləri necə keçirsək də, onlar artıq gürcü cəmiyyətinə elə böyük həqarətə gediblər ki, bu gün bizə elektron seçkilərdə 300 min səsin saxtalaşdırıldığını deyirlər. Biz bütün detalları sona qədər araşdıracağıq ki, daha Gürcüstan ictimaiyyətini aldada bilməsinlər.
Onlardan biri də seçkilərin başa çatmasından 4 gün keçməsinə baxmayaraq, hələ də dərc olunmayan “İsfed” hesabatıdır. “İsfed” gürcü cəmiyyətinə göndərdiyi bəyanatda, əldə etdikləri məlumatların və bu məlumatların yoxlanılmasının MSK-nın məlumatlarına uyğun gəldiyini qeyd edib. Lakin burada maraqlı məqamların olduöunu yazıb, buna baxmayaraq, “İsfed” bu məlumatları nə tələsdirir, nə də dərc etməyə niyyətlidir.
Onlar agentlik müxalifətinin planlarına zidd olan sübutlar təqdim etmək istəmirlər. Bu sənəddə sübut kimi həqiqət var. Yalanlar çox olacaq, amma bu yalan- doğrunu heç olmasa dərc etsinlər. Ən əsası odur ki, orada yazılacaq ki, səslərin paralel hesablanmasının məlumatları MSK-nın təkbətək məlumatları ilə üst-üstə düşür”, - Mamuka Mdinaradze bildirib.