
“Bu gün Gürcüstanda Rusiya qalib gəldi. Əvvəlcə Gürcüstanın bir hissəsini götürdülər, sonra isə siyasəti dəyişdirdilər, Gürcüstan hökumətini dəyişdilər və indi orada pro-rus hökumət var, onların da pro-rus mövqeyi var".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanda baş verənlərlə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Bu gün Gürcüstanda Rusiya qalib gəldi. Əvvəlcə Gürcüstanın bir hissəsini götürdülər, sonra isə siyasəti dəyişdirdilər, Gürcüstan hökumətini dəyişdilər və indi orada pro-rus hökumət var, onların da pro-rus mövqeyi var. Onlar Putinə sanksiya tətbiq etmirlər, Gürcüstanda çox sayda rus var və onlar Rusiya ilə dostluğa üstünlük verirlər. Onların seçimi Avropa İttifaqına daxil olmamaqdır, gürcülərin azadlığını əllərindən aldılar" , - deyə Ukrayna lideri qeyd edib.