Genişlənmə Hesabatı: Gürcüstanın Aİ-yə uyğunluq səviyyəsi hələ də əhəmiyyətli dərəcədə aşağıdır
30.10.2024 19:39
360
Siyasət
A
Genişlənmə Hesabatı: Gürcüstanın Aİ-yə uyğunluq səviyyəsi hələ də əhəmiyyətli dərəcədə aşağıdır

Avropa İttifaqının ortaq xarici və təhlükəsizlik siyasəti ilə Gürcüstanın uyğunluq səviyyəsi hələ də əhəmiyyətli dərəcədə aşağıdır, yəni 49% təşkil edir.

Aktual.ge xəbər verir ki, bu barədə bu gün Avropa Komissiyası tərəfindən dərc edilən genişlənmə hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 2024-cü ilin iyununda əldə edilən nəticələrə əsasən, 2024-cü ilin 17 oktyabrında Avropa Şurası Gürcüstan hökumətinin dəyərlərə və prinsiplərə zidd olan fəaliyyətlərindən ciddi narahatlığını bir daha ifadə edib.

“Avropa Şurası xatırladır ki, belə fəaliyyətlər Gürcüstanın Avropa yoluna təhlükə yaradır və üzvlük prosesini faktiki olaraq dayandırır. Avropa İttifaqının ortaq xarici və təhlükəsizlik siyasəti ilə uyğunluq səviyyəsi hələ də əhəmiyyətli dərəcədə aşağıdır, yəni 49% təşkil edir. Hesabat dövründə Rusiyaya və Rusiyadan müxtəlif istiqamətlərdə birbaşa uçuşların sayı əhəmiyyətli dərəcədə artıb” - sənəddə qeyd olunub.

Eyni zamanda, hesabatda Gürcüstanın Avropa İttifaqı ilə sanksiyaların qarşısını almaq üçün əməkdaşlıq etdiyi vurğulanır.

Sənədə əsasən, Avropa İttifaqı Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədləri içərisində ərazi bütövlüyünü dəstəkləyir və 2008-ci ildən etibarən münaqişələrin sülh yolu ilə həllinə cəhd edir. Bu cəhdlərə Avropa İttifaqının müşahidə missiyası və Cənubi Qafqazda və Gürcüstanda böhran məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsinin fəaliyyəti daxildir.

ŞƏRH YAZ
3