
Prezident [Co Baydenin] bəyanatı yalnız dediklərinin mənasını verirdi və başqa heç nəyi ifadə etmirdi.
Aktual.ge xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi ənənəvi brifinqdə Gürcüstandaki seçkilərlə bağlı Prezident Co Baydenin bəyanatı ilə bağlı jurnalistin sualına belə cavab verib.
Onun sözlərinə görə, Prezident Bayden Gürcüstan rəsmilərini araşdırma aparmağa çağırıb.
"Biz həmçinin aydın etdik ki, Avropa İttifaqındakı həmkarlarımızla hansı digər araşdırmaların müvafiq ola biləcəyi ilə bağlı məsləhətləşmələr aparırıq.
Prezident [Salome Zurabişvili] özü haqqında danışacaq, amma başa düşdüyümə görə, o, [seçki] pozuntuları ilə bağlı məlumatlara malik olduğunu bildirib, belə ki, ümid edirəm, o, bu məlumatları paylaşacaq. Bu, istənilən araşdırma üçün uyğun olacaq, istər bunu Gürcüstan rəsmiləri aparsın, istərsə də başqa birisi", - deyə Metyu Miller qeyd edib.
Rəsmi Vaşinqton sözcüsü ABŞ-Gürcüstan münasibətləri barədə də danışıb və əlavə edib ki, Gürcüstan hökuməti ilə əlaqələr "yenidən dəyərləndirmə şəraitində" davam edir.
"Biz aydın şəkildə bildirmişik ki, Gürcüstan hökuməti ilə münasibətlərimiz yenidən dəyərləndirmə şəraitində davam edir. Artıq Gürcüstan hökumətinə 95 milyon dollarlıq yardımı dayandırmışıq və göstərdiyimiz digər yardımlar da yenidən qiymətləndirilməkdədir", - deyə o, vurğulayıb.
Dövlət Departamentinin sözçüsünə həmçinin "Atlantik Şurasının" tədqiqatçıları, Sofo Qelava və Eto Buziaşvili ilə bağlı da suallar verilib, bu barədə Miller bildirib ki, konkret hallara münasibət bildirmir.
"Bu xüsusi hallarla bağlı [Eto Buziaşvili və Sofo Qelava] şərh verməyəcəyəm. Amma əlbəttə ki, biz insanların fundamental hüquqlarının qorunduğunu görmək istəyirik, biz onların etiraz hüquqlarının, ifadə azadlıqlarının heç bir şəkildə pozulmadığını görmək istəyirik”, – söyləyib sözcü.