Skandinaviya ölkələri Gürcüstandakı seçkilərlə bağlı bəyanat verib
31.10.2024 10:26
1444
Dünya
A
Skandinaviya ölkələri Gürcüstandakı seçkilərlə bağlı bəyanat verib

Biz, Skandinaviya ölkələri, Gürcüstanda oktyabrın 26-da keçirilmiş seçkilərdən əvvəl və seçkilər günü qeyd olunan pozuntuların ətraflı və qərəzsiz araşdırılması ilə bağlı beynəlxalq çağırışlara qoşuluruq.

Aktual.ge xəbər verir ki, bu barədə Skandinaviya ölkələri bəyanat verib.

Bəyanata görə, araşdırmanın aparılması, seçki prosesinin ədalətli olması ilə bağlı şübhələri aradan qaldırmaq üçün vacibdir.

“Şimali ölkələr ümumi fundamental dəyərlərə əsaslanan Avro-Atlantik inteqrasiya məqsədini qətiyyətlə dəstəkləyir.

Son illər biz Gürcüstanın siyasi trayektoriyasını artan narahatlıqla izləyirik. Gürcüstan hökumətinin həyata keçirdiyi siyasət və qəbul edilən qanunlar getdikcə Avropa və Avro-Atlantik inteqrasiyaya uyğun gələn yoldan uzaqlaşırdı. Qanunun aliliyi və demokratik seçkilərin qorunması Gürcüstanın Aİ yolunda istənilən irəliləyiş üçün vacibdir.

Skandinaviya ölkələrinin xarici işlər nazirləri kimi biz səmimi qəlbdən ümid edirik ki, Gürcüstan onu Avropa və Avro-Atlantika ailəsində öz layiqli yerinə aparacaq yola qayıdacaq. Biz Gürcüstanda baş verənləri yaxından izləməyə və Gürcüstan hökumətini onun hərəkətlərinə görə mühakimə etməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Birgə bəyanatı imzalayanlar Şimali Avropa ölkələrinin xarici işlər nazirləridir: Lars Loke Rasmussen (Danimarka), Elina Valtonen (Finlandiya), Thordis Kolbrun Reykfjord Gylfadottir (İslandiya), Espen Bart Eide (Norveç), Maria Malmer Stenegaard (İsveç).

ŞƏRH YAZ
3