
"Gürcüstanda seçkilər baş tutmadı. Onlar ədalətli və azad ola bilmədi. Buna görə də, seçkilər yenidən keçirilməlidir".
Aktual.ge xəbər verir ki, bunu müxalif “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiya jurnalistlərə müsahibəsində deyib.
O, Avropa Komissiyası tərəfindən dərc edilən hesabatı qiymətləndirərək vurğulayıb ki, demokratik geriləmə şəraitində Gürcüstan Avropa İttifaqı ilə yaxınlaşmağı bacarmayacaq.
“Avropa Komissiyasının hesabatında heç nə təəccüblü deyil. Gürcüstan bu seçkilər və oxşar demokratik geriləmə şəraitində Avropa İttifaqı ilə yaxınlaşmağı sadə bir səbəbdən bacara bilməz - Avropa İttifaqının əsas sınaq məsələsi demokratiyadır. [Aİ] Bu məsələ xüsusi olaraq seçkilərlə bağlı olduğunu bəyan etmişdi. Beynəlxalq qiymətləndirmələr anlaşılandır. Gürcüstanda seçkilər baş tutmadı. Onlar ədalətli və azad ola bilmədi. Buna görə də, seçkilər yenidən keçirilməlidir” , - deyə Nika Qvaramiya ifadə edib.
Qeyd edək ki, Avropa Komissiyasının dərc etdiyi genişlənmə hesabatında Gürcüstanın məhkəmə sistemi və fundamental hüquqlar sahəsində müəyyən bir hazırlıq səviyyəsinə malik olduğu, lakin hesabat dövründə geriləmə yaşandığı qeyd olunur. Hesabata əsasən, Gürcüstan Avropa İttifaqının doqquz addımda qeyd olunan tövsiyələrin əksəriyyətini, xüsusən də ədliyyə yüksək şurası, Ali Məhkəmə və Prokurorluqla bağlı tövsiyələri nəzərə almalıdır.