
26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası 53,93% səs toplayaraq qalib gəlib.
MSK-nın bu nəticələrini parlamentə mandat qazanan dörd müxalifət partiyası və koalisiyası, qeyri-hökumət təşkilatları və prezident Salome Zurabişvili tanımaqdan imtina ediblər. Dövlət başçısı seçkilərin “saxtalaşdırıldığını” iddia edir, müxalifət partiyaları isə parlamentə daxil olmayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, ölkə üzrə ümumilikdə 2 milyon 60 min 412 seçici səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 58,94%-ni təşkil edir.
Marneulidə seçicilərin ümumi sayı 101 min 572 nəfər olub, onların 57%-i seçkilərdə iştirak etməyib. Seçkilərdə iştirak edənlərdən 34 min 328 nəfəri, yəni təxminən 80%-i hakim “Gürcü Arzusu” partiyasına səs verib.
Aktual.ge ətraflı süjeti təqdim edir: