31.10.2024 17:28
681
Siyasət
A
"Prezident Salome Zurabişvili ilə həmrəy olduğumu bildirirəm" - Saakaşvili

Gürcüstanın üçüncü prezidenti Salome Zurabişviliyə həmrəyliyini bildirib və bəyanatında qeyd edib ki, Zurabaşvilinin prokurorluğa çağırılmaqla bağlı təxribata uymaması yaxşı haldır.

Aktual.ge xəbər verir ki, Mixail Saakaşvili Medvedevin Gürcüstanla bağlı çıxışına da cavab verib:

“Mən prezident Salome Zurabişviliyə tam həmrəyliyimi bildirirəm və onun təxribata uymaması və rus prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Gördüm ki, xanım Salome Medvedevin hədəsini də gözdən qaçırmayıb.

Amma ədalət tələb edir ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır ki, qondarma ittihamlarla həbsdəyəm və istəmirəm ki, bu ədalətsizliyi üzərə çıxaran prezident Zurabişvili bu qanunsuz həbsə görə tarixi məsuliyyətin fiquru olsun. Siz nə düşünürsünüz?” - deyə Saakaşvili yazıb.

 

ŞƏRH YAZ
2