
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilini saxtakarlıqda ittiham edib.
Aktual.ge xəbər verir ki, qanunverici orqanın rəhbəri Dövlət başçısını seçki saxtakarlığını sübut etməyə və ya yalan danışdığını etiraf etməyə çağırıb.
“Desin ki, o, beynəlxalq mətbuat qarşısında böhtan atıb və gürcülərin reputasiyasını zədələyib, ya da sübut təqdim etsin. Bu, sadəcə bir bəyanat deyil. O, konkret bir ittiham irəli sürüb”, - deyə Şalva Papuaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkilərindən bir gün sonra prezident Salome Zurabişvili seçkilərdə tam "saxtakarlığın" baş verdiyini iddia edərək MSK-nın nəticələrini tanımadığını söyləyib. Daha sonra Baş Prokurorluq prezidenti ifadə verməyə çağırıb, lakin o, ifadə verməkdən imtina edib.