Baş nazir:
01.11.2024 00:56
444
Siyasət
A
Baş nazir: "Biz çox inamlı qələbə qazandıq"

"Gürcüstanda çox mühüm, həlledici seçkilər keçirildi, nəticə elə oldu ki, ölkəmizin gələcək inkişafı üçün alternativ yoxdur".

Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində dilə gətirib.

O deyib ki, bu seçkilər, müharibənin və sülhün taleyinin həll olunduğu bir növ referendum idi.

"Biz çox inamlı qələbə qazandıq. 1 milyon 120 min soydaşımız 'Gürcü Arzusu'nu və təklif etdiyimiz planı dəstəklədi. Gürcü cəmiyyətinə müharibənin və sülhün taleyinin həll olunduğu bir növ referendum idi və sonda xalq sülhün lehinə seçim etdi və sonda bu seçim dinc, uzunmüddətli olmasını təmin etdi. Hər şeyi düzgün qiymətləndirən və rasional seçim edən seçicilərimizə təşəkkür etmək istəyirəm ki, vəziyyətin çox çətin olduğu 4 ildə biz həmişə dəstək hiss etdik və buna nail olmağımızın əsas səbəbi də bu oldu" , - İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
42