Qardabani “Təhsil və İnteqrasiya Mərkəzi”ndə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə hərs olunmuş tədbir keçrilib.
Aktual.ge xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzin direktoru Çiçək Hüseyinova açıb.
O, bildirib ki, 30 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Tədbirlər planına uyğun olaraq il boyu M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə müxtəlif tədbirlər, konfranslar, görüşlər, "dəyirmi masa"lar və s təşkil olunur.
Ç. Hüseynova qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. M.Ə.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva “Bir kərə yüksələn bayraq bir daha enməz “ şüarı ilə Məhəmməd Əmir Rəsulzadənin həyat və yaradcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda Mərkəzin şagirdləri Rəsulzadənin əsərləri haqqında tədqimatlarını nümayiş etdirib.
Ziyalı, ədəbiyyaçı Hövrəstə Məhərrəmova “M.Ə.Rəsulzadə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun dahi siyasi xadim olmaqla yanaşı, həm də böyük elm adamı, ictimai xadim, ədəbiyyatşünas, tarixçi və jurnalist olub. Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var M.Ə.Rəsulzadənin əziz xatirəsi həmişə qəlblərdə yaşayacaq” -deyə qeyd edib.
Tədbirin sonunda M.Ə Rəsulzadənin “ 28 May” çıxşı dinlənilib.
Tədbirdə ziyallar, ictimayyət nümayəndələri və Mərkəzin gənclər və şagirdlər iştirak edib.