3 Noyabrdan etibarən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) konsentrasiyasının artması qeydə alınır ki, bu da əsasən transsərhəd çirklənmə ilə əlaqədardır və cənub-qərbdən səhranın toz kütlələrinin yayılması ilə bağlıdır.
Aktual.ge xəbər verir ki, bununla bağlı Milli Ətraf Mühit Agentliyindən bildirilib.
Atmosfer havasının keyfiyyəti portalında dərc olunan göstəricilərə görə, hava keyfiyyəti hal-hazırda ən pis Tbilisidə, Davit Ağmaşenebeli #73 ünvanında yerləşən stansiyada qeydə alınıb. Burada PM10 konsentrasiyası 126.34 mkq/m³ təşkil edir (PM10 – diametri 10 mikron və ya daha az olan inhalasiya edilə bilən hissəciklərdir. Gürcüstanda PM10 üçün yol verilən hədd 50 mkq/m³-dür). PM2.5 göstəricisi isə 54.61 mkq/m³ təşkil edir.