8 Noyabr - Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
Aktual.ge xəbər verir ki, bu münasibətlə Tbilisidə bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın bu Gürcüstan nümayəndəliyinin üzvləri, tələbə gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər barədə məlumat verib.
Təcrübəli diplomat 44 günlük Vətən müharibəsində Gürcüstandakı soydaşların rolunu xüsusi qeyd edib.
O bildirib ki, 24 nəfər soydaşımız bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.
Sonda Zəfər Günü ilə bağlı "Biz" adlı sənədli filmi nümayiş etdirilib.