Qardabanidə Azerbaycan Resbubilkasının “Zəfər Günü” qeyd olunub
09.11.2024 11:54
291
Mədəniyyət
A
Qardabanidə Azerbaycan Resbubilkasının “Zəfər Günü” qeyd olunub

Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində Azerbaycan Resbubilkasının 'Zəfər Günü' qeyd olunub.

Aktual.ge xəbər verir ki, tədbirdə ilk  öncə Azərbaycan və Gürcüstan himni səslənilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Daha sonar Mərkəzin direktoru Çiçək Hüseynova çıxış edib.

O, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən bəhs edib və diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Tarixçi, ziyalı Əvəzxan İsayev və ədəbiyyatçı Sevda Şahverdiyeva çıxış edərək, 44 günlük Vətən müharibəsinin xronologiyasını təqdim edib, həmçinin postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında ətraflı məlumat veriblər. Eyni zamanda “Zəfər Günü” münasibəti ilə hərkəsi təbrik ediblər.

Mərkəzin Təhsisçisi Raul Əliyev öz çıxışında bildirib ki, 8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şəhidlərimizin qanı və canı bahasına əldə etdiyimiz Şanlı Zəfər əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimizdir. Gürcüstanında tezliklə ərazi bütövlüyünün bərpa olunmasını arzulayıb.

Daha sonra Qardabani ziyalıları,iş adamı Şakir Mustafayev və Mərkəzin qonaqları  çıxış edərək   bildiriblər ki, hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə Azərbaycan xalqına bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər Azərbaycan ordusuna borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri,  şagirdlər,bir çox müəllimlər və valideynlər iştirak ediblər.


 


 


 

ŞƏRH YAZ
1