26 Oktyabr Parlament seçkilərinin nəticələrini tanımayan "Get” hərəkatının təşkilatçılığı ilə Tbilisidə növbəti etiraz aksiyası başlayıb.
Aktual.ge xəbər verir ki, hazırda aksiyaçılar paytaxtın Azadlıq Meydanına toplanıblar və buradan yürüyüş edəcəkləri gözlənilir.
Hazırda insan çoxluğu səbəbi ilə Azadlıq Meydanında nəqliyyatın hərəkəti iflic olub. Əraziyə çox sayda hüquq-mühafizə orqankarının əməkdaşları cəlb olunub.
Buraya toplaşan vətəndaşlar ölkədə təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Etirazçıların fikrincə, hakimiyyət gürcü xalqından “seçkiləri oğurlayıb və xalqın səslərini saxtalaşdırıb”.
Aksiya iştirakçıları Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyaraq "Yaşasın Gürcüstan" şüarları səsləndirirlər.
Xatırladaq ki, dünən, 9 noyabr tarixində Tbilisidə Qərbyönlü müxalifət partiyaları və vətəndaşlar yürüyüş aksiyası keçiriblər.