Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasl məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti ilə təkbətək görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində iştirakı planlaşdırılır”, - məlumatda qeyd olunub.
Hökumət başçısını Azərbaycana səfərində onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcək.