Beynəlxalq "Bloomberg"in 500 milyarderin siyahısında olan gürcüstanlı iş adamı Bidzina İvanişvilinin sərvəti rekord səviyyədədir.
Aktual.ge xəbər verir ki, milyarderlər reytinqində "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişvili 401-ci yerdədir. Hazırda onun sərvəti 7 milyard 63 milyon ABŞ dolları təşkil edir ki, bu da həmin məlumatlara görə rekord göstəricidir.
Məlumat üçün bildirək ki, ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra bir çox iş adamının sərvəti artan tendensiya ilə xarakterizə olunur.
Məsələn, 5 noyabrda, seçki günü, Bidzina İvanişvilinin sərvəti 7.4 milyard dollar təşkil edirdisə, seçkidən 5 gün sonra onun sərvəti 230 milyon dollar artaraq 7.63 milyarda çatıb.
Qeyd edək ki, Trampın qələbəsindən sonra dünyanın ən varlı 10 insanının sərvəti 63 milyard 500 min dollar artıb. "The Guardian" nəşri yazır ki, investorlar aşağı vergi tarifləri və tənzimləmələrin yüngülləşdirilməsini gözləyirlər ki, bu da ABŞ-ın səhmlərinin və müvafiq olaraq, ən varlı insanların sərvətinin artmasına səbəb olub.