Rustavidə Azərbaycanın “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib - FOTO
11.11.2024 12:05
310
Mədəniyyət
A
Rustavidə Azərbaycanın “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib - FOTO

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Aktual.ge xəbər verir ki, Şəhər ictimaiyyətinin və Mərkəzdə təhsil alan şagirdlərin iştirakı ilə keçirilən tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi,şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Mərkəzin direktoru Raida Dərziyeva,şairə Güllü Tomarlı,şair-publisist Rafiq Hümmət,ERA teatrının rəhbəri Anar Rafiqoğlu,Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev,müəllimə Mədinə Həsənova,ictimai fəal Vəfa Bayramova çıxış edərək Azərbaycanın  öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı  Vətən müharibəsində qazandığı şanlı qələbə barədə fikir və təəssüratlarını ifadə ediblər.Duyduqları qürur və iftixar hisslərini dilə gətirən çıxış edənlər Gürcüstanın da işğal olunmuş ərazilərində öz suverenliyini bərpa edəcəyinə əminliyini bildiriblər.

Mərkəzdə  təhsil alan şagirdlər mahnı,şeir və rəqslərdən ibarət konsert proqramı təqdim ediblər,Zəfər Gününə həsr olunmuş rəsmlərini sərgiləyiblər.Şairə Güllü Tomarlı Mərkəzin nəzdində yaradılmış kitabxanaya öz kitablarını bağışlayıb.Mərkəzin direktoru Raida Dərziyeva  əlamətdar gündən xatirə olaraq iştirak edənlərə "Xarı bülbül" döş nişanları hədiyyə edib.

ŞƏRH YAZ
4