15 Noyabra qədər Qərbi Gürcüstanda nisbətən isti və yağıntısız hava şəraiti davam edəcək, Şərqi Gürcüstanda isə 13 noyabrda bəzi yerlərdə narın yağış və çənli hava gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə 12 noyabrda yağıntısız hava olacaq. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə olacaq, 13 noyabrda isə buludlu hava və az miqdarda yağış gözlənilir. 13-14 noyabrda havanın temperaturu gündüz saatlarında +12, +14 dərəcəyə düşəcək.
Sahil bölgələrində - Batumi, Kobuleti, Anaklia və Potidə isti və yağıntısız hava olacaq. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tskhinvalidə əsasən yağıntısız hava olacaq. 12 Noyabrda havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə olacaq, 13-14 noyabrda isə +12, +14 dərəcəyə düşəcək.