Kateqoriyalar
Ukraynadakı döyüşlərə pul tökmək istəmədiyini dəfələrlə vurğulayan Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-ın xarici siyasəti kəskin dəyişikliklərə məruz qala bilər.
Aktual.ge xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş direktoru Riçard Fonteyn xəbərdarlıq edib ki, ABŞ-ın hazırki yardım paketi yalnız 2024-cü ilin sonuna qədər davam edəcək:
“Ukraynalılar ABŞ-ın hərbi dəstəyi olmadan Rusiya ilə qarşı-qarşıya gələ bilməyəcəklər”.