Kateqoriyalar
"Georgian Airways" təyyarəsi, havaya qalxmasından bir neçə dəqiqə sonra problem yarandıqdan sonra Tbilisi hava limanına təhlükəsiz şəkildə eniş edib.
Aktual.ge xəbər verir ki, təyyarə Tbilisi-Milan reysini yerinə yetirmək üçün havaya qalxıb.
Belə ki, göyərtədə radio əlaqəsində nasazlıq yaranması səbəbi ilə təyyarədə nasazlıq yaranıb, hava gəmisi yanacağı boşaltmaq üçün bir neçə dəqiqə Tbilisi hava limanının üzərində uçmalı olub. Bundan sonra Tbilisi hava limanına qayıtmalı olub.
"Georgian Airways"dan bildirilib ki, nasazlıq aradan qaldırıldıqdan sonra təyyarə Tbilisi-Milan reysini yerinə yetirəcək.