Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirmələri 8-10 Noyabr tarixlərində Axmeta şəhərinin Axmeta Bələdiyyəsi tərəfindən təşkil edilən Yunan-Roma güləşi üzrə açıq birincilikdə güləşçiləri medala layiq görülüb.
Aktual.ge xəbər verir ki, GAİM-in icraçı direktoru Murad Muradov bidirib ki, güləş üzrə məşqlər mərkəzin Təlim-İdman Kompleksində təşkil olunub.
"Hazırda idman bölməsində məşqlərdə 35 gənc Elçin Mustafayevin rəhbərliyi ilə bu klassik idman növünün sirlərini öyrənirlər.
Yeniyetmələrimizin ölkə daxilində yarışlara göndərməkdə məqsədimiz güləş bölmələrində aparılan məşqlərin və kiçikyaşlı yeniyetmə güləşçilərin hazırlıq səviyyəsini yoxlamaq, eləcə də bu yaş qrupu üzrə qarşıdan gələn respublika birinciliklərində mərkəzimizi təmsil edəcək yığma komandanın heyətini müəyyən etməkdir. Fəxrlə demək istərdim ki, yarışlarda iştirak edən 7 idmançımızdan 3-ü müxtəlif əyyarlı medallara layiq görülüb.
Gənc güləşçilərimizdən:
Raul Sadıqov ll yer
Cəsur Mustafayev lll yer
Ömər Mursaqulov lll yerə layiq görülüb.
Yarışda iştirak edən bütün idmançılarımıza isə sertifikart verilib. Onları təbrik edir və uğurlar arzu edirik!" ,- Murad Muradov bildirib.