Marneuli Meriyası 2025-ci il üçün keçiriləcək Yeni il bayram tədbirlərinə büdcədən 256 min 550 lari xərcləyəcək.
Aktual.ge xəbər verir ki, bu məqsədlə elan edilmiş tenderlərin qalibləri müəyyənləşib.
Belə ki, şəhərin Yeni il əhval-ruhiyyəsinə bürünməsi üçün "bəzək-düzək işləri"nə 165 min 200 lari ayrılıb. MMC "Ji Em Ji Konstrakshen" şirkətinin qalib gəldiyi tenderə əsasən, Marneuli şəhərində küçələrin Yeni il bəzəkləri ilə bəzədilməsi, çilçıraqların alınması, quraşdırılması və mövcud bəzəklərin yenilənməsi nəzərdə tutulur.
Yeni il işıqlarının quraşdırılacağı yerlər aşağıdakılardır:
Bundan əlavə, Meriya 2025-ci ilin gəlişi münasibətilə Yeni il yolkasının işıqlandırılması və bayram tədbirinin təşkili üçün büdcədən 91 min 350 lari xərcləyəcək.
MMC "Sport Servis" şirkətinin qalib gəldiyi tendere əsasən, meriyanın önündə qurulacaq yolka və bayram tədbiri çərçivəsində müxtəlif fəaliyyətlər, o cümlədən səhnənin qurulması, işıqlandırma, musiqili qrupların və animatorların dəvət edilməsi, dekorasiyaların yerləşdirilməsi, atəşfəşanlıq, aparıcıların dəvəti planlaşdırılır.
Aparıcıların seçimi üçün aşağıdakı meyarlar müəyyənləşdirilib:
Qadın aparıcı – 35-40 yaşlarında, televiziya və ya radio təcrübəsi, əyləncə tədbirlərində aparıcılıq təcrübəsi olmalıdır.
Kişi aparıcı – 30-40 yaşlarında, müğənni, əyləncə tədbirlərində aparıcılıq təcrübəsi, Gürcü və Azərbaycan dillərini yaxşı bilməlidir.
Tədbirlər 15-25 dekabr tarixlərində həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, 2024-cü ilin gəlişi ilə bağlı ötən il Marneuli Meriyası Yen İl tədbirləri üçün ümumilikdə 416 min 570 lari xərcləmişdi. Bunlardan sadəcə 66 min 500 larini Yeni il ağacının işıqlandırılması tədbirinə ayırmışdı.