Marneuli Bələdiyyəsinin Qaçağan kəndində ərzaq marketi qarət olunub.
Aktual.ge xəbər verir ki, hadisə 11 noyabr gecə saatlarında baş verib.
Market sahibi İbrahim Qocayevin verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər mağazanın dam örtüyünü yararaq içəri daxil olublar.
"Hadisə gecə saatlarında baş verib. Çox güman ki, bu işdə bir neçə nəfər iştirak edib, çünki tək şəxsin bunu etməsi mümkün deyil. Marketin dam örtüyünü yararaq içəri daxil olublar. 1100 lari nağd pul, siqaret və digər əşyalar oğurlanıb", - deyə İbrahim Qocayev Aktual.ge xəbər portalına verdiyi məlumatda bildirib.
Mağaza sahibinin sözlərinə görə, hadisə ilə bağlı polisə məlumat verilib:
"Polis gəldi və araşdırma aparacaqlarını söylədi. Hamıyada dediklərini mənə də dedilər. Bundan aylar öncə başqa qarət hadisələridə olmuşdu, onlarda ele demişdilər ki, araşdırma aparırıq. Mənə də keçən dəfə deyir ki, 'Mağazanızı qarət edən tapılada bilər, tapılmayada bilər' ".