
Kateqoriyalar
Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Aktual.ge Apa-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyev Batumi ilə yanaşı Aktau (Qazaxıstan), Los-Anceles (ABŞ) və Qarsa (Türkiyə) Azərbaycanın baş konsullarının təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Batumidəki baş konsulu vəzifəsini Perviz İsmailzade yerinə yetirirdi.