19 noyabrda Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) yağıntılı hava şəraiti gözlənilir, lakin 20 noyabrdan hava açılacaq və istiləşəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozlarına əsasən, Tbilisidə 19 noyabrda az miqdarda yağış yağacağı ehtimal olunur, 20-21 noyabrda isə quru hava şəraiti müşahidə ediləcək.
“Tbilisidə 19-20 noyabr tarixlərində havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə arasında dəyişəcək" , - məlumatda deyilir.
Batumi, Kobuleti, Anaklia və Potidə 19 noyabrda yağış yağacaq və hava bir qədər sərin olacaq, 20-21 noyabrda isə isti və quru hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +22 dərəcəyə qədər yüksələcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə 19 noyabrda bəzi yerlərdə yağış yağacaq, 20-21 noyabrda isə quru hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gündüz saatlarında +12, +17 dərəcə arasında olacaq.