Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi-Gürcüstan müftisi Etibar Eminov Çeçenistana səfər edib.
Aktual.ge xəbər verir ki, bununla bağlı müfti sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, səfər çərçivəsində Çeçenistan Respublikasının müftisi Salah Mezhievlə görüşüb.
"Çeçenistan Respublikasının müftisi cənab Salah Mezhievlə görüşən müfti Etibar Eminov ev sahiblərinə səmimi qonaqpərvərliyə görə təşəkkür edib, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti haqqında danışıb və Gürcüstandakı müsəlmanlar haqqında da məlumat verib. Həmçinin görüşdə iki ölkə arasında dini əlaqələrin möhkəmləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və gələcək əməkdaşlıq planları müzakirə olunub. Tərəflər dini təhsil və ictimaiyyətlər arasında mədəni dialoqun əhəmiyyətini vurğulayıblar. Görüş səmimi və işgüzar atmosferdə baş tutub.
Görüşün sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub" , - Etibar Eminov sosial şəbəkədə fotolar paylaşıb və məlumat verib.