Marneulidə, 18 noyabr saat təxminən 18:30 radələrində Səməd Vurğun küçəsində 35 yaşlı kişi gənc oğlan tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Aktual.ge hadisənin necə baş verdiyini əks etdirən təhlükəsizlik kamerası görüntülərini əldə edib. Görüntülərdən məlum olur ki, Səməd Vurğun küçəsindəki kafelərdən birinin önündə oturan orta yaşlı kişiyə yaxınlaşan gənc qəfil bıçaqla ilk zərbəni endirib.
Zərərçəkən hadisə yerindən uzaqlaşmağa çalışsa da, gənc daha bir neçə dəfə onun boyun nahiyəsinə zərbə vuraraq qətlə yetirib.
Hadisənin motivi məlum deyil, nə də kimsə bu barədə məlumat vermək istəmir. Hüquq-mühafizə orqanları cinayəti törədən şəxsi "isti izlərlə" saxlayıb.
DİN-dən bildirilib ki, faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam edir.