Prokurorluq Marneulidəki qətl hadisəsi ilə bağlı təfərrüatları açıqladı
20.11.2024 17:38
1944
Kriminal
A
Prokurorluq Marneulidəki qətl hadisəsi ilə bağlı təfərrüatları açıqladı

Marneulidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir şəxsə ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Noyabrın 18-də Marneulinin Səməd Vurğun küçəsində baş verən qətl hadisəsi ilə bağlı Prokurorluğun verdiyi məlumata görə, təqsirləndirilən şəxs qisas məqsədilə zərərçəkənə iti alətlə xəsarət yetirib və hadisə yerindən qaçıb. Zərərçəkən isə xəstəxanaya çatdırılmadan dünyasını dəyişib.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə ittiham irəli sürülüb ki, bu da 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

"Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir şəxsə ittiham irəli sürüb.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaq nəticəsində müəyyən olunub ki, noyabrın 18-də Marneulidə təqsirləndirilən şəxs qisas məqsədilə zərərçəkənə iti alətlə həyati təhlükə yaradan ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkən xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi noyabrın 19-da saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb ki, bu da 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxsə həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək. Cinayət işi üzrə istintaq davam edir" , - deyə bəyanatda qeyd olunur.

ŞƏRH YAZ
2