Keçmiş əri tərəfindən döyülən qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, hadisə 11 noyabr tarixində Saqareco Bələdiyyəsində baş verib.
11 Noyabr tarixində ağır vəziyyətdə olan gənc qadın Tbilisidəki klinikalardan birinə aparılmışdı. Bu gün, 21 noyabrda, qadın həyatını itiirb.
Mövcud məlumata görə, kişi əvvəllər həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə məhkum edilmiş və seçkilərdən əvvəl, ehtimal ki, amnistiya ilə azadlığa buraxılmışdı. Ailə üzvlərinin dediyinə görə, o, özü polisə təslim olub.
Xatırladaq ki, qadınlara qarşı və ya ailə daxilində zorakılıq halında 112-yə zəng etməyiniz lazımdır. Həmçinin, 112 mobil tətbiqini yükləyə və mesajla, zənglə və ya SOS düyməsi vasitəsilə operatorla əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, qaynar xəttə də zəng edə bilərsiniz – 116 006. Hüquqi, psixoloji, sosial və tibbi məsələlərlə bağlı məsləhət ödənişsizdir və anonimliyiniz qorunur.