Tbilisidə avtomobili parketmə qaydalarının pozulmasına görə 10 ay ərzində yazılan cərimələr 14 milyon 703 min 767 larini ötüb.
Aktual.ge xəbər verir ki, daha dəqiq desək, Gürcüstanın vahid büdcəsinin gəlirlərinə (konsolidasiyasız) əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında paytaxtda avtomobil parketmə qaydalarının pozulmasına görə yazılan cərimələrdən büdcəyə 14 milyon 703 min 767 lari daxil olub. Halbuki 2023-cü ilin eyni dövründə bu məbləğ 15 364 075 lari idi. Beləliklə, illik göstərici qismən azalıb.
Bununla yanaşı, bu məlumatlara əsasən, yalnız oktyabr ayında Tbilisi üzrə düzgün parketmə qaydalarının pozulmasına görə yazılan cərimələrdən dövlət büdcəsinə 1 milyon 92 min 283 lari daxil olub.
Qeyd edək ki, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin həcmi artıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu il yanvar-oktyabr aylarında yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə 189 milyon 165 min 884 lari daxil olub, ötən ilin eyni dövründə isə bu məbləğ 179 milyon 250 min 931 lari idi.
Xatırladaq ki, 2022-ci ilin payızından parketmə qaydalarının pozulmasına görə cərimələr artırılıb – 10 lari əvəzinə 50 lari olub.